26 Aprel 2018 00:59
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkir əyalətinin Lice rayonunda baş verib. Məlumata görə, əsgərlər terrorçular tərəfindən atəşə tutulub.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb.


Müəllif: Teleqraf.com