26 Aprel 2018 14:07
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə özünü Mehdi əz Zaman elan edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Qaysəri şəhərində yaşanıb.

Özünü Mehdi elan edən şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində təhqirlər səsləndirdiyi səbəbindən ikinci dəfə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, adı açıqlanmayan şəxs sosial şəbəkələrdə özünü Mehdi elan edib və Ərdoğan haqqında təhqir dolu fikirlər işlədib.

Bəlli olub ki, bu şəxs 3 gün əvvəl də Cümhuriyyət Meydanında olan Ədalət və İnkişaf Partiyasının (AKP) stendinə hücum edərək ziyan vurub və prezident haqqında təhqirlər yağdırdığı üçün həbs edilib.


Müəllif: Cavad