26 Aprel 2018 22:59
4 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada tətilə gedən ailə kirəkeş qaldıqları evdə çoxlu sayda fotolar çəkdiriblər.

Teleqraf.com xəbər verir ki, 45 yaşlı Trace Edvardsom adlı qadın Tarragona şəhərinin Salou qəsəbəsində qaldıqları evdə qarabasmaların olmasından ilk gündən şübhələnib. Amma onu ciddiyə alan olmayıb.

Evlərinə döndükdən sonra fotolara baxarkən qızı Madisonun arxasından uzanan əl ailənin bütün üzvlərini şoka salıb.

Qadın kirəkeş qaldıqları evdə tez-tez qapının zənginin çalındığını, amma bayırda heç kəsin görünmədiyini deyib. Həmçinin ana qızının otağından kənar fısıltı səsləri eşitdiyini də bildirib.

Trace ailəsi üzləşdikləri qorxunc durumu sosial şəbəkə izləyicilərilə bölüşüblər.


Müəllif: Ayxan