27 Aprel 2018 00:29
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu York şəhərində telekanallardan birinin rəhbərliyində təmsil olunan Miki Liunun ölümündən sonra 223 min dollarlıq mirasının striptizçi Veronika Bekama qalması ABŞ mediasında müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, artıq çəkidən əziyyət çəkən 50 yaşlı iş adamının vəfatından sonra mirası gündəmə gəlib.

Onun Las Veqasda striptizçi kimi çalışan Veronika Bekamla münasibətinin olduğu üzə çıxıb. Bekamla 2014-cü ildə tanış olan Liunun sığorta və pensiya hesabını striptizçiyə miras qoyduğu bəlli olub.

Veronika Bekamı məhkəməyə verən Liunun bacısı Mey Liu onun professional rəqqas olduğunu və kişiləri özünə cəlb edərək aldatdığını söyləyib. Mey Liu qardaşından qalan mirasın ona verilməsi tələbi ilə məhkəməyə müraciət edib. Hakim Rita Mella isə dünyasını dəyişən insanın əvvəlcədən müəyyənləşdirdiyi vəsiyyəti dəyişdirə bilməyəcəyini açıqlayıb.


Müəllif: Kəmalə