27 Aprel 2018 08:17
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bekçikada fəaliyyət göstərən İslam partiyası kişi və qadınların ictimai nəqliyyatdan birgə istifadəsinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, payızda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşan partiyanın sədri Abdülhey Baqqali Tahiri bildirib ki, dünyanın bir sıra ölkələrində qadınlar və kişilər üçün ayrı-ayrı avtobuslar mövcuddur: "Bu, cinsi ayrı-seçkilik deyil, qadınların təcavüzdən qorunması üçün çıxış yoludur".

Qeyd edək ki, İslam partiyası bələdiyyə seçkilərində 18 namizədlə iştirak edir. Partiyanın Anderlextin şəhər bələdiyyəsində iki nümayəndəsi var.


Müəllif: Ayxan