27 Aprel 2014 02:07

Dərbənddə təhlükəsizlik xidməti May bayramı zamanı terror aktları törətməyə hazırlaşan terrorçuları zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "İTAR-TASS" Terrorla Mübarizə Komitəsinə istinadən xəbər yayıb.

"Xüsusi əməliyyat iki mərhələdə həyata keçirilib.General Saidov və Nərimanov küçələrinin kəsişməsində polis bir avtomobili saxlamaq istəyib. Lakin sürücü avtomobili saxlamaq istəməyib və onun içərisində olan silahlı şəxslər atəş açıb. Bu zaman onlardan biri zərərsizləşdirilib, digəri isə qaçmağa çalışıb. Lakin isti izlərlə o da tapılıb və neytrallaşdırılıb", - Terrorla Mübarizə Komitəsindən bildiriblər.

Əməliyyat zamanı bir polis məmuru yüngül güllə yarası alıb.

Daha sonra isə həmin bandanın digər üç üzvü evlərin birində zərərsizləşdirilib. Onlara məxsus silah-sursat götürülüb.

Nihad


Müəllif: