27 Aprel 2014 13:20

Rusiyada Narkoloji Mərkəzdə dəhşətli yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, Rusiya Fövqəladə Halar Nazirliyinin Regional bölməsinin yaydığı məlumatda qeyd olunub ki, Altay vilayətinin Krasilovo Kosixinsk rayonunda yerləşən narkoloji xəstələrin reabilitasiya mərkəzində baş verən yanğın zamanı 7 nəfər ölüb, 6 nəfər isə müxtəlif yanıq xəsarətləri alıb.

"Yanğın səhər saatlarında baş verib. Yanğın söndürmə idarəsinin iki birqadası hadisə yerinə göndərilib.

Həminin üç könüllü yanğın söndürmə birqadası da oraya gəlib. Yanğın nəticəsində evin 200 kvadrat metrik dam örtüyü çöküb. 7 nəfər ölüb, 6 nəfər isə yanıq xəasərətləri alıb" -deyə məlumatda qeyd edilib.


Müəllif: