27 Aprel 2014 15:07
564

"Rusiyanın Ukraynadakı hərəkətləri sabitiyə qarşı yönəlib və buna son qoyulmalıdır".

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, ABŞ prezidenti Barak Obama bu gün Malayziyaya səfəri zamani bu bəyanatla çıxış edib.

O, bildirib ki, Rusiyanı bu siyasətindən çəkindirmək üçün növbəti addımların atılması vacibdir. Obama həmçinin Rusiya rəhbərliyini fəaliyyətsizlikdə qınayıb: "Rusiya hakimiyyəti münaişənin həlli üçün əlini ağdan qaraya vurmur".

Bununla əlaqədar olaraq, Obama növbəti dəfə Avropa Birliyi ökələrinə müraciət edib. O, avropalı həmkarlarından Rusiyaya qarşı sanksiyaları dəstəkləməyi xahiş edib.

«Avropalıların dəstəyi olmadan bizim Rusiya iqtisadiyyatı sahələrinə qarşı sanksiyalar tətbiq etməyimiz o qədər də effektli olmayacaq. Bizim mövqeyimiz o zaman güclü olacaq ki, Putin bu münaişənin ABŞ-Rusiya münaqişəsi olduğunu deyil, bütün dünyanın, Avropa və ABŞ-ın bir olduğunu görəcək".

Nihad


Müəllif: