16 May 09:52

Şimali Koreya ABŞ-la keçirilməsi nəzərdə tutulan görüşün şərtlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər naziri Kim Qe Qvan bildirib:

“Əgər Тramp administrasiyası ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında yüksək səviyyəli danışıqlarda ikitərəfli münasibətlərin yaxşılaşdırılmasında maraqlı olsa, biz müsbət cavab verəcəyik”.

Nazirin sözlərinə görə, KXDR yalnız birtərəfli şəkildə nüvə silahlarının məhv edilməsi tələbləri ilə qarşılaşsa, Pxenyan bu dialoqa maraq göstərməyəcək:

“Bu halda bizim keçirilməsi nəzərdə tutulan görüşə yenidən baxmaqdan başqa çarəmiz qalmır”.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Kim Çen İn ilə Donald Tramp arasında göürşün keçirilməsi nəzərdə tutulur.


Müəllif: Ruslan
Загрузка...