16 May 2018 10:01
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin təhsil naziri Naftali Bennet parlamenti qondarma erməni soyqırımını tanımağa çağırıb.

Teleqraf.com “The Times of İsrael”ə istinadla xəbər verir ki, nazir bununla bağlı parlament sədrinə müraciət edib.

O, müraciətində bildirib ki, 2016-cı ildə İsrail-Türkiyə münasibətlərinin normallaşdırması ölkəsinə 10 milyon dollardan çox zərər vurub.

Bennet həmçinin, hökumətdən Suriyadakı kürd terror təşkilatlarına dəstəyin artırılmasını da tələb edib.

İsrailli nazir bununla bağlı qanun layihəsini parlamentə təqdim edib.


Müəllif: Mənsur Rəğbətoğlu