16 May 2018 15:17
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanın yeni rəhbərliyi ilə görüşü iyunda olacaq.

Teleqraf.com Aysor.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

Onun sözlərinə görə, həmsədrlər yaydıqları bəyanatda Ermənistanın yeni hakimiyyəti ilə iyunda görüşəcəklərini qeyd ediblər.

Xatırladaq ki, dünən Parisdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Nazir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün intensiv danışıqlara hazır olduğunu bəyan edib.


Müəllif: Nərgiz