16 May 2018 16:12
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı İrana neftə görə ödənişi avro ilə ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” Brüsseldəki diplomatik mənbəyə əsasan məlumat yayıb.

Daha əvvəl Fransa, Almaniya, Böyük Britaniya və İran ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq, iqtisadi əlaqələrin möhkəmləndirilməsi barədə razılığa gəliblər.

İlk növbədə söhbət neft, qaz və neft məhsullarından gedir. Bundan əlavə səmərəli bank köçürmələri, aviasiya, dəniz və yerüstü nəqliyyat növləri sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsi nəzərdə tutulur.

Həmçinin mayın 19-20-də isə energetika və iqlim sahəsi üzrə Avropa koMissarı Migel Ariasa Kanetannn İrana səfəri olacaq.


Müəllif: Ruslan