16 May 2018 17:14
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyaları zamanı öz şirkətlərinin mənafeyini qorumağı nəzərdən keçirir.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin daxili işlər üzrə komissarı Dimitris Avramopulos söyləyib.

Onun sözlərinə görə, məsələ Sofiyada Avropa liderlərinin Avropa Komissarının rəhbəri Jan-Klod Yunker və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşündə müzakirə olunacaq.

Aİ rəsmi Vaşinqtonun sanksiyalarından yayınmaq üçün "Qərarın məhdudlaşdırılması"ndan istifadə etməyi düşünür.

Aİ "qərarın məhdudlaşdırılması" yalnız bir dəfə 1996-cı ildə ABŞ-ın Kubaya qarşı iqtisadi sanksiyaları zamanı qəbul edib.

Bu məhdudlaşdırma Avropa şirkətlərinə ABŞ-ın sanskiyalarla bağlı qərarına tabe olmama imkanı verir.


Müəllif: Ruslan