17 May 2018 10:25
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi Birliyi (AİB) və İran arasında Astana iqtisadi forumunun gedişində müvəqqəti azad ticarət zonasının yaradılması haqqında saziş imzalanıb.

Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, sənəd geniş çeşiddə məhsulların gömrük rüsumlarının azaldılmasını nəzərdə tutur.

Sazişin həyata keçirilməsi ötən il 2,7 milyard dollar təşkil edən qarşılıqlı ticarətin dövriyyəsinin həcmini artırmağa imkan verəcək.

Müvəqqəti saziş üç il müddətinə bağlanılır. Tərəflər bu müddət ərzində azad ticarət zonası haqqında tamformatlı saziş barəsində razılığa gəlməlidirlər.


Müəllif: Ruslan