17 May 11:32

Türkiyədə FETÖ araşdırması çərçivəsində hava qüvvələrinin yüksək rütbəli zabitləri saxlanılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar bu gün səhər saatlarından başlayıb.

Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən keçirilən tədbirlər Ankara və digər 21 şəhərdə baş tutub.

Saxlanılanlar arasında 1 general-mayor, 5 polkovnik, 2 polkovnik-leytenant, 4 mayor, 25 kapitan və 54 baş-leytenant olmaqla 101 zabit var.


Müəllif: Ruslan
Загрузка...