17 May 2018 12:12
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hərbi hava qüvvələrinə məxsus qırıcılar Qəzza sektorundakı HƏMAS obyektlərini bombalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi Təl-Əviv ümumilikdə 7 hədəfin vurulduğunu açıqlayıb.

Hücumlar iriçaplı silahlardan açılan atəşə cavab olaraq həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, mayın 16-da İsrail ordusu Fələstin döyüşçülərinin iki nəzarət məntəqəsinə hücum edib. İnsident nəticəsində ölənlərin olmadığı bildirilir.


Müəllif: Ruslan