17 May 2018 12:46
2 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Daxili İşlər Nazirliyinin istefada olan polkovniki iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir.

Teleqraf.com REN TV-yə istinadən xəbər verir ki, bu barədə “Moskovski komsomolets” məlumat yayıb.

Təhlükəsizlik xidmətinin apardığı araşdırma nəticəsində məlum olub ki, ötən il oktyabrın 16-da saxlanılmış keçmiş polis məmuru Aleksey Jdanov 2 azərbaycanlını qətlə yetirib.

O, avtomobili idarə edən zaman “İnfiniti” markalı maşının sürücüsü olan 38 yaşlı azərbaycanlı ilə mübahisə edib. Sonra maşını onun arxası ilə sürərək Novoslobodskaya küçəsində tapançadan atəş açaraq onu öldürüb.

Jdanov özünün “Jiquli” markalı maşınını yandıraraq izi itirmək istəsə də buna nail ola bilməyib. Həmin gün polis onu həbs edib.

İstintaq zamanı Aleksey Jdanovun başqa şəxsi də öldürdüyü və onun da azərbaycanlı olduğu müəyyən edilib. Cəsəd isə 2017-ci il sentyabrın 8-də Desnovskoye qəsəbəsi yaxınlığındakı meşədə tapılıb. Tibbi ekspertiza onun bədənində bıçaq zərbələri və odlu silahdan açılan atəşin izini müəyyən edib.

Polis hazırda cinayətin başvermə şəraitini və səbəblərini aydınlaşdırır.


Müəllif: Ruslan