17 May 13:52

Britaniya alimləri kasıb insanların ahıl yaşda zehni problemlərlə üzləşmə riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “JAMA Psychiatry” nəşri yazıb.

Ekspertlər 1902-1943-cü illərdə anadan olmuş 6 mindən çox insan üzərində araşdırma aparıblar.

Müəyyən edilib ki, 1926-cı ildən sonra doğulanlar arasında qazanc fərqi əvvəlkilərlə müqayisədə daha çoxdur.

Alimlərin hesablamalarına görə, imkanlı şəxslərdə zehni problemlərə daha az rast gəlinir. Buna onların daha aktiv sosial həyat tərzi sürmələri nəticəsində koqnitiv funksiyaların uzun müddət saxlanması səbəb olur.


Müəllif: Ruslan
Загрузка...