17 May 2018 17:29
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Haseke şəhərində 60 fransız hərbçi saxlanılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, insident mayın 1-də qeydə alınıb.

Məlumata əsasən, fransalı hərbçilər İraqdan kürdlərin nəzarətində olan yolla Suriyaya daxil olublar. Ağ rəngli “Toyoto Land Cruiser L200” markalı 20 CİP-də ümumilikdə 60 Fransa döyüşçüsü olub. Onlar səhvən hökumət qüvvələrinin olduğu nəzarət keçid məntəqəsinə gəliblər. Yoxlama zamanı maşınların yük yerindən snayper tüfənglər, istilik görmə cihazı və digər hərbi avadanlıqlar aşkar edilib.

Onlar kürdlərdən ibarət “Demokratik Suriya Qüvvələri”nə İŞİD-lə mübarizədə köməyə getdiklərini bildiriblər.


Müəllif: Ruslan