17 May 18:42

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasındakı münasibətlər pisləşməyə doğru gedir.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa liderləri Bolqarıstandan toplaşaraq Aİ üçün vacib məsələləri müzakirə ediblər.

Aİ Şurasının sədri Donald Tusk ABŞ Prezidenti Donald Tramp haqqında “Belə dostu olanın düşmənə ehtiyacı yoxdur” ifadəsini işlədib.

O, Çinin yüksəlişi, Rusiyanın aqressiv münasibəti kimi ənənəvi siyasi proseslərlə bərabər yeni bir fenomenə şahid olduqlarını da vurğulayıb. Bu yeni fenomeni isə “ABŞ rəhbərliyinin şıltaq qətiyyəti” kimi xarakterizə edib.

Qeyd edək ki, martda ABŞ ölkəyə Meksika və Kanada istisna olmaqla digər ölkələrdən idxal olunan polad və alüminium üçün gömrük vergisi tətbiqinə start verib.

Rəsmi Vaşinqton mayın 8-də isə birtərəfli olaraq BMT Təhlükəsizlik Şurasının İranla bağladığı nüvə sazişindən çıxıb.


Müəllif: Ruslan
Загрузка...