17 May 23:21

Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzza zolağında dinc fələstinlilərə qarşı hücumunu qınayıb.

Teleqraf.com xəbər verir ki, Makron Bolqarıstanın paytaxtı Sofiyada keçirilən AB - Qərbi Balkanlar Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında jurnalistin Qəzzada baş verənlərlə bağlı sualını cavablandırıb.

"Bu mövzuda konkret danışacam. Fransa İsrailin alçaqcasına etdiyi hücumları pisləyir", deyə Makron bildirib.

Qeyd edək ki, İsrail əsgərlərinin ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərə açdığı atəş nəticəsində 62 nəfər ölüb, 3 minə yaxın şəxs yaralanıb.


Müəllif: Teleqraf.com
Загрузка...