18 May 2018 11:25
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İnin Cənubi Koreyanın inkişaf yolunu seçməsi lazımdır ki, Liviyanın eks-diktatoru Müəmmar Qəddafinin taleyini təkrarlamasın.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən öncə sualları cavablandırarkən söyləyib:

“Biz bu ölkəni məhv etdik. Biz heç vaxt Qəddafiyə deməmişik ki, sizə müdafiə, hərbi güc və ya başqa nəsə verməyə hazırlaşırıq. Biz sadəcə, daxil olduq və onu məhv etdik. Biz bunun eynisini İraqda da etdik.

İndi biz KXDR lideri ilə saziş imzalamasaq, çox güman ki, bu model təkrarlanacaq. Lakin əgər biz işbirliyi qursaq, düşünürəm ki, Kim Çen İn çox xoşbəxt olacaq. Mən həqiqətən düşünürəm ki, o, çox xoşbəxt olacaq”.

ABŞ lideri rəsmi Vaşinqtonun Pxenyan tərəfindən iyunun 12-nə təyin olunmuş görüşün ləğv edilməsi barədə heç bir xəbərdarlıq məktubu almadığını bildirib.

Qeyd edək ki, daha əvvəl rəsmi Pxenyanın ABŞ və Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlim səbəbindən görüşü ləğv etmək istədiyi məlum olub.


Müəllif: Ruslan