18 May 2018 11:55
2 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı senatorlar ABŞ hökumətinə müraciət edərək, Ermənistan və Azərbaycanın işğal altında olan ərazilərindəki separatçı rejimə ayrılan yardımı artırmağa çağırıblar.

Teleqraf.com xəbər verir ki, hökumətdən 2019-cu ilin dövlət büdcəsindən bu məsələlər üçün maddi vəsaitin ayrılması istənilib.

Qeyd edilib ki, ABŞ hökuməti Dağlıq Qarabağda təhlükəsizliyin təmin edilməsi məsələsinə diqqəti artırmalıdır.

Müraciətdə Azərbaycanı “təcavüzkar” adlandıran senatorlar Frank Pallon və Adam Şkiff Ağ Evdən Ermənistan və Qarabağdakı ermənilərə humanitar yardım üçün 30, hərbi dəstək üçün isə 10 milyon dollar istəyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu