18 May 2018 12:12
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya” İnformasiya Agentliyinin (RİA) Ukrayna bölməsinin direktoru Kirill Vışınski həbs edilib.

Teleqraf.com xəbər verir ki, Vışınski vətənə xəyanətdə ittiham edilib.

Məhkəmənin qərarı ilə mayın 15-də Xerson şəhərində saxlanılan jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, polis mayın 15-də RİA-nın Kiyevdə yerləşən ofisində axtarış aparıb. Kirill Vışınski də axtarışlar vaxtı saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, jurnalist ölkə ərazisində Krım və Donbasdakı separatçıların təbliğatını həyata keçirib. Bu təlimatın Moskvadan verildiyi iddia edilir.

Buna görə onun Rusiya prezidenti Vladimir Putin tərəfindən “Krımın Azad Edilməsi” medalı ilə təltif edildiyi bildirilib.

Üstəgəl, jurnalistin Ukrayna əleyhinə yazıların dərc edilməsi üçün hər ay Rusiyadan 53 min avro pul aldığı diqqətə çatdırılıb.

Kiril Vışınski həm Ukrayna, həm də Rusiya vətəndaşıdır.


Müəllif: Mənsur Rəğbətoğlu