18 May 2018 14:59
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimal bölgəsində əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, 4 rayonda keçirilən əməliyyatlarda kürd terror təşkilatlarının mövqeləri hədəfə alınıb.

Terrorçuların 12 məntəqəsi məhv edilib.

Qeyd edək ki, Türkiyə HHQ mayın 17-dən etibarən İraqın şimalında PKK terror təşkilatının mövqelərinə qarşı hərbi əməliyyatlara başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu