27 Aprel 2014 17:23
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna sərhədi yaxınlığında Rusiya qoşunlarının üç böyük qruplaşması tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Teleqraf.com-un tsn.ua saytına istinadən xəbərinə görə, bu barədə ukraynalı admiral İqor Kabanenko öz Facebook səhifəsində yazıb.

Onun fikrincə, yaxın vaxtlarda hadisələr iki məcrada inkişaf edə bilər: "Birincisi, sərhədlərimizdə təxribat və qorxu məqsədi ilə hərbi təlimlər davam etdirilə bilər. Digər tərəfdən, Rusiya xüsusi təyinatlılarının (diversantar) dəstəyi ilə münaqişə zonası genişləndirilə bilər. Bu isə rus qoşunlarının "sülhməramlı əməliyyat" keçirmək adı altında Ukrayna ərazilərinə - Dnepropetrovsk, Odessa və Kiyevə soxulması ilə nəticələnə bilər".

Ukraynalı admiral İqor Kabanenko bildirib ki, btün bunlar Ukrayna əhalisi və hərbçilərinə qarşı yönələn psixoloji informasiya əməliyyatı ilə müşahidə olunacaq.

Nihad


Müəllif: