19 May 2018 16:03
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Sindzo Abe Rusiyaya səfəri çərçivəsində Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajı ilə əlaqəyə çıxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi baş nazirin səfər proqramı barədə informasiyalı n mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yapon baş nazir prezident Vladimir Putinin dəvəti ilə mayın 25-26-da Rusiyaya rəsmi səfər edəcək. Kremlin mətbuat xidməti baş nazirin fəxri qonaq qismində Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcəyi açıqlayıb.

“Mayın 26-da isə cənab Abenin BKS ekipajı ilə əlaqə seansı planlaşdırılıb” deyə agentliyin həmsöhbəti qeyd edib.

Qeyd edək ki, hazırda BKS-də rusiyalı kosmonavtlar və amerikalı avtronavtlarla birgə Yaponiya nümayəndəsi də çalışır.


Müəllif: Səxavət