19 May 2018 16:57
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan daxili işlər naziri Valeri Osipyana iki yeni müavin təyin olunub.

Teleqraf.com xəbər verir ki, bunlar Arman Sərkisyan və Ovannes Köçəryandır.

Hər iki şəxs bu gün şəxsi heyətə təqdim olunub. Yeni müavinlərdən biri – A.Sərkisyan birinci müavin vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, az öncə Ermənistan prezidenti Armen Sərkisyan iki nazir müavinini işdən azad etmişdi.

Ermənistan polisinin yeni rəhbəri V.Osipyan isə mayın 10-da bu vəzifəyə baş nazir Nikol Paşinyanın təqdimatı əsasında təyin olunub.


Müəllif: Səxavət