19 May 2018 17:34
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri Nikol Paşinyan Rusiyadan qayıdar-qayıtmaz ABŞ-ın İrəvandakı səfiri Riçard Millzin istəyi ilə onunla görüşüb. Bu görüş iki ölkə arasındakı münasibətlərdən çox Türkiyə və Azərbaycanla bağlı bir sıra məqamları ilə diqqəti cəlb edir.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert hesab edir ki, ABŞ və Rusiya arasında Paşinyanı öz orbitlərində saxlamaq üçün qızğın mübarizə gedir:

“Quldurbaşı Paşinyan çalışır ki, vəziyyətdən maksimum istifadə etsin. Yəqin ki, istifadə edəcək və məqsədlərinə tam da olmasa, müəyyən mənada nail olacaq. Paşinyanın amerikalı diplomatla görüşdə ən çox vurğuladığı məsələ Ermənistanın guya iki “düşmən dövlət” - Türkiyə və Azərbaycan arasında qalması və hər mənada əziyyət çəkməsi faktını önə çıxarmasıyla bağlı idi.

Həyasız erməni 3 gün əvvəl Soçidə Putinə diferambalar səsləndirirdisə, dünən ABŞ-dan daha böyük maliyyə və mənəvi dəstək gözlədiyini dilə gətirib”.

Üzeyir Cəfərov qeyd edib ki, Azərbaycan Paşinyanın bu səylərinə qarşı Xarici İşlər Nazirliyi səviyyəsində qabaqlayıcı addımlar atılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu