19 May 2018 18:28
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın mayın 15-də istifadəyə verdiyi və prezident Vladimir Putunin də açılışına qatıldığı Krım körpüsündən istifadə etmək niyyətində olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, ancaq o, bunun Kiyevin Krım üzərində suverenliyini bərpa edəcəyindən sonra gerçəkləşəcəyini vurğulayıb.

Krım tatarları ilə bağlı tədbirdə çıxış edən P.Poroşenko Ukraynanın bu körpüdən Kubanla əlaqələr qurmaq üçün istifadə edəcəyini açıqlayıb.

Qeyd edək ki, 19 kilometr uzunluğunda körpü Kerç boğazı üzərində inşa olunub.


Müəllif: Səxavət