19 May 2018 21:42
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın qərbində 700-dən çox insan göbələkdən zəhərlənib.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, onlardan 9-u həyatını itirib. İranın qəza xidmətinin nümayəndəsi Modjtabu Xalidinin verdiyi məlumata görə, Kirmanşah, Kürdüstan, Lurestan, Zəncan, Qərbi Azərbaycan və Qəzvin vilayətlərində ümumilikdə 721 nəfər göbələklərdən zəhərlənib. Zərərçəkmişlərdən 50-sinin vəziyyəti ağırdır və bəzilərinən təcili qaraciyər köçürülməsinə ehtiyacı var.

Mütəxəssislərin rəyinə görə, zəhərli göbələklərin görünüşü və dadı adilərindən heç nə ilə fərqlənmir. Onları bir-birindən fərqləndirmək üçün laborator ekspertiza tələb olunur.


Müəllif: Nərgiz Cavadzadə