19 May 2018 22:14
2 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Bayraqdarın həyat yoldaşı Səlcuq Bayraqdar Qadın və Demokratiya Dərnəyinin başlatdığı “Biz varıqsa, demokratiya var” adlı kampaniyaya dəstək verib.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Səlcuq Bayraqdar həyat yoldaşı ilə birlikdə Qadın və Demokratiya Dərnəyinin afişası qarşısında selfi çəkdirib. Tvitter mikrobloqunda fotonu yerəşdirən Səlcuq Bayraqdar “Biz varıqsa, demokratiya var" kampaniyasını biz də dəstəkləyirik” qeydini paylaşıb.

Xatırladaq ki, ölkə prezidentinin qızı Süməyyə Bayraqdar Qadın və Demokratiya Dərnəyinin rəhbərliyində təmsil olunur.


Müəllif: Nərgiz Cavadzadə