19 May 2018 23:59
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Marsel şəhərində dəmiryolu vağzalı təxliyə edilib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, təxliyəyə səbəb vağzalda şübhəli şəxsin saxlanılması olub.

Polis vağzalda əlində şübhəli çanta olan şəxsi saxlayıb. Saxlanılan şəxs sənədlərini təqdim etməkdən imtina edib.

Yoxlama səbəbindən qatarların hərəkəti bir müddət dayanıb.


Müəllif: Teleqraf.com