20 May 2018 00:59
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samsun şəhərində nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub

Türkiyədə 19 may – Atatürkü anma, gənclik və idman bayramı münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Samsun şəhərinin küçə və meydanlarında nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub.

Bayraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Samsun şəhərinə gələrək işğalçılara qarşı milli azadlıq hərəkatını başlatdığı 1919-cu il 19 may tarixinin şərəfinə bu ölçüdə hazırlanıb./Azərtac/


Müəllif: Teleqraf.com