20 May 2018 09:05
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Venesuelada prezident postuna və yerli qanunvericilik məclislərinə seçkilər keçiriləcək.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, hazırda dərin sosial-iqtisadi böhran keçirən Venesuelada Prezident Maduro ilə yanaşı “Dəyişikliklərə ümid” hərəkatının lideri Xavyer Bertuççi, “Xalq Siyasi Birliyi”ndən Reynaldo Kxida, eləcə də Maduronun keçmiş partiyadaşı, “Proqressiv avanqard” partiyasının lideri Enri Falkon prezidentlik uğrunda mübarizə aparacaqlar.

Ölkədə 14,6 min səsvermə məntəqəsi təşkil olunub. Seçicilərin sayl isə 20 milyn nəfərdən artıqdır.


Müəllif: Nahid