20 May 2018 09:35
1 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya öz ərazilərində terrorçuluqla mübarizə üzrə kifayət qədər səy göstərmir.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bunu Pentaqonon mətbuat xidmətinin nümayəndəsi, polkovnik Kon Folkner bildirib.

"ABŞ və Mərkəzi Asiya regionu ölkələri Rusiyada olan radikallaşmadan narahatdır. Rusiya Əfqanıstanda terrorçuluqla mübarizəyə yardım edən ölkələri tənqid edir, lakin öz ərazisində radikallaşmanın qarşısını almaq üçün kifayət qədər səy göstərmir", - Pentaqonun nümayəndəsi deyib.

Qeyd edək ki, Kon Folkner bu açıqlama ilə Rusiyanın Mərkəzi Asiya rayonunda İŞİD-in gücləndiyi və terror təhlükəsinin artdığı barədə bəyanatına cavab verib.


Müəllif: Teleqraf.com