20 May 2018 10:32
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurduğu saxta bank sistemi ilə Türkiyədə 132 min insana aid 1 milyard türk lirəsini ələ keçirən Mehmet Aydın Braziliya mafiyasının hədəfinə tuş gəlib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, o, Boliviyada inşaat sektoruna böyük yatırımlar edib. Türkiyə interpolu tərəfindən axtarışa verilən Mehmet Aydının lüks həyat sürməsi isə qəddarlığı ilə tanınan Braziliya mafiyasının diqqətini çəkib. Bəzi xəbərlərə görə, o, bu səbəbdən Braziliyadan qaçmağı düşünür.

Qeyd edək ki, Türkiyədə on minlərlə insanı aldadaraq böyük valyuta ələ keçirən Aydın çəkilən son fotosunda gözlərində gün eynəyi ilə diqqətə gəlib.


Müəllif: Cavad