20 May 2018 10:47
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada LG şirkətlər qrupunun sədri Ku Bon Mu ölüb.

Teleqraf.com xəbər verir ki, o, 23 il ərzində şirkəti idarə edib.

73 yaşlı biznesmenin son vaxtlar beynində bir neçə əməliyyat keçirildiyi bildirilib.

O, 1995-ci ildə atası Ku Çja Qyona rəhmətə getdikdən sonra şirkətə rəhbərlik etməyə başlayıb.

İndi isə bu iş korporasiyasının sədrinin müavini, mərhumun kiçik qardaşı Ku Bon Çjuna həvalə olunub.


Müəllif: Ruslan