20 May 2018 09:45
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın "Bild" nəşri Rusiya Prezidenti Vladimir Putinlə bağlı məqalə dərc edib.

Teleqraf.com xəbər verir ki, yazı Soçidə Putin ilə Almaniya Kansleri Angela Merkel arasında keçirilmiş görüşə həsr olunub.

Müəllifinin fikrincə, Rusiya lideri Merkelə həm yay sarayında, həm də dünya siyasi arenasında ev sahibinin kim olduğunu göstərib.

Putin Merkellə danışıqlar ərəfəsində Suriya lideri Bəşər Əsəd ilə görüşüb. Məqalədə Almaniya kanslerinin daha əvvəl Əsədi “kütləvi qətldə” ittiham etdiyi deyilir.

V.Putinin sözlərinə görə, danışıqlar dolğun və vaxtında keçirilib.

Kansler də öz növbəsində, Rusiya ilə yaxşı münasibətlərin olmasının Almaniyanın strateji maraqlarına daxil olduğunu bildirib.


Müəllif: Ruslan