20 May 2018 11:46
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son texnologiyaları tətbiq edən Avropanın gələcəklə bağlı ciddi qayğıları var.

Teleqraf.com xəbər verir ki, Avropa Statistika Ofisinin məlumatına görə, təhlükəli məsələ materikinəhalisinin mütləq əksəriyyətinin qocalardan ibarət olmasıdır.

Belə ki, Hollandiya əhalisinin yuvarlaq orta yaş 41,7-dir. Yaşlı əhalinin sayı isə 3,9 faizdir.

Danimarkada orta yaş 40,8-dir. Qocalar əhalinin 4,1 faizini təşkil edir. Norveçdə orta yaş 38,8, yaşlı əhalinin sayı isə 4,4 faizdir.

İngiltərədə orta yaş 39,8, yaşlı əhalinin sayı isə 4,8 faiz təşkil edir. İspaniyada orta yaş 40,7, yaşlıların sayı isə 5,2 faizdir. Belçikada orta yaşlılıq 41,8, yaşlı əhalinin göstəricisi isə 5,2 faizdir.Portuqaliyada orta yaş 42,3, yaşlı əhalinin sayı 5,3 faizdir. Almaniyada orta yaş 45, qoca əhalinin sayı isə 5,4 faiz təşkil edir. Fransada ortalama yaş 40,2 olduğu halda yaşlı əhali ümumi əhalinin 5,5 faizini təşkil edir.İtaliyada orta yaşlılıq 43,8, yaşlı əhali isə 6,1 faiz təşkil edir.


Müəllif: Cavad