20 May 2018 12:00
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Bosniya-Herseqovinanı paytaxtı Sarayevoda Avropadan gələn minlərlə türklə görüşəcək.

Teleqraf.com xəbər verir ki, Türkiyədə növbədənkənar prezident seçkiləri qərarı alındıqdan sonra Avstriya və Hollandiyada “Türk siyasətçilərin ölkəmizdə seçki kampaniyası aparmasını istəmirik” fikirləri səsləndirilib.

Bu açıqlamalardan sonra bu gün Ərdoğan Avropada yaşayan türklərlə Sarayevoda bir araya gələcək.

Xəbərə görə, Ankaradan Bosno-Herseqovinaya hərəkət edəcək Ərdoğan bu ölkədə rəsmi görüşlər də keçirəcək.

Qeyd edək ki, Ərdoğanla Avropadan gələn 20 min türkün görüşəcəyi gözlənilir.


Müəllif: Cavad