20 May 2018 17:09
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz seçkilərin nəticələrini rədd edirik.

Teleqraf.com xəbər verir ki, bu mövqeni İraqda keçirilən parlament seçkilərindən dərhal sonra Kərkük vətəndaşları ortaya qoyub.

Kərkük valisi Rakan Səid seçicilərin tərəfini tutaraq bildirib ki, vətəndaşlar seçkilərə ciddi və açıq şəkildə haram qatıldığını görüb.

Onun sözlərinə görə, bundan sonra Kərkükdə minlərlə insan küçələrə çıxaraq, seçkiyə haram qatılmasına etiraz edib.

Seçkinin ümumi nəticələrini rədd etdiklərini bildirən valiyə görə, seçkilərdə hiylədən istifadə edilməsi seçicilər və seçki komissiyaları arasında etimadsızlıq mühiti yaradıb:

“Son nəticələrin elan edilməsinə baxmayaraq, səslərin əllə sayılması tələbindən imtina etməyəcəyik. Çox təəssüflər olsun ki, seçkidə hiyləyə əl atılması Kərkükdə olan etnik qruplar arasında sülhü təhdid etməyə başlayıb”.


Müəllif: Cavad