20 May 2018 12:15
3 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə Narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, türk polisi narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən İsmayıl G.-nın yaşadığı binaya basqın edib. Basqın zamanı şübhəli və sevgilisi qaçmaq istəyiblər.

Bu zaman onlar pitbull cinsinə aid olan itlərini polisin üzərinə buraxıblar. Polislərdən birinə hücum edən iti ondan ayırmaq üçün polis əməkdaşları uzun vaxtsərf ediblər. Başqa çıxış yolları olmadığına görə 8 güllə vuraraq iti öldürməyə məcbur olublar. Yaralanan polis xəstəxanaya aparılıb.

Həbs edilən İsmayıl G.-nin kimliyi isə hər kəsi təəccübbləndirib. O, İzmirin Narkotiklərə Qarşı Mübarizə İdarəisinin keçmiş rəhbəri Mustafa G.-nın oğludur.

Mustafa G. oğlu haqqında danışarkən, bunları deyib:

“Oğlum həbs ediləcəyini bildiyi üçün qaçmağa çalışdı. Səs-küydən qorxan it polislərə hücum etdi. Allaha şükür ki, polislərə çox ziyan dəymədi. Mən illərlə narkotiklərə qarşı mübarizə aparmışam. Oğlumun istifadə etdiyi narkotikləri evimdə tapdılar. Məni də narkotik maddələrdən istifadədə şübhəli bilib, ittiham etdilər, bəraət qazandım. Amma narkotiklərin kökünü kəsmək üçün son nəfəsimə kimi çalışacam”.


Müəllif: Cabbar