20 May 2018 20:06
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada restoranlardan biri müsəlman, ərəb və Afrika kökənli müştəriləri qəbul etmir.

Teleqraf.com xəbər verir ki, “L Avenuse” adlı restoranın müsəlman və Afrika kökənli müştəriləri qəbul etməmək üçün tətbiq etdiyi davranış Fransada irqçilik və islamafobiya məsələsini yenidən gündəmə gətirib.

Xəbərə görə, “L Avenuse” adlı restoran müsəlman və ərəb olanlara, habelə afrikalılardan gələn rezervasiya tələblərini qəbul etmir.

Eyni zamanda hicabda olan xanımlara qulluq edilməməsi üçün personallara göstəriş verilib.

Restoranda əvvəllər çalışan şəxslərin dediyinə görə, ərəblər tərəfindən edilən rezervasiya təkliflərindən birmənalı imtina olunub, çətin anlarda isə bu səpkili sifarişlər restoranın damında və görünməyən yerdə reallaşdırılıb.

Bu, Fransa cəmiyyətində ciddi etirazlara səbəb olub. Ölkə ombudsmanı Jacques Toubon məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib.


Müəllif: Cavad