20 May 2018 12:30
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur tarixçi Bernard Levis 102 yaşında vəfat edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yaxın Şərq tarixini araşdıran professor Levisin hansı səbəbdən vəfat etməsi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Bernard Levis 1998-ci ildə “Atatürk Beynəlxalq Sülh Mükafatı”na layiq görülüb.

Professor hələ 1993-cü ildə “Le Monde” qəzetinə verdiyi müsahibədə bəyan edirdi ki, 1915-ci il hadisələri soyqırımı deyil, müharibənin yan nəticəsidir.

Hətta Paris məhkəməsi onun bu mövqeyini erməni “soyqırımını” inkar kimi qiymətləndirərək, professora simvolik olaraq 1 frank cəza kəsmişdi.

Qeyd edək ki, məşhur tarixçinin indiyə qədər 30-dan çox kitabı, yüzlərlə məqaləsi çap edilib.


Müəllif: Cavad