20 May 2018 13:50
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq siyasəti və ticarət müharibəsinə başlaması Almaniya və Rusiyanın yaxınlaşmasına səbəb olub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya Kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşüb.

Görüşdə rus-alman ikitərəfli münasibətləri, Suriya böhranı, "Şimal axını-2" layihəsi, Ukrayna münaqişəsi ilə yanaşı Trampın İranla sazişdən çıxmaq haqqında qərarı müzakirə olunub.

Hər iki lider görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər. Angela Merkel alman-rus ikitərəfli münasibətlərinin onların strateji hədəfləri arasında olduğunu vurğulayıb: “İki ölkə arasında razılaşmadığımız mövzular olduğu kimi, həmfikir olduğumuz mövzular da var”.

Liderlər İranla müzakirələrin davam etdirilməsinə tərəfdarı olduqlarını bir daha bəyan ediblər. Kansler ABŞ ilə də yaxşı münasibətlərə sahib olduqlarını və bunun davam edəcəyini bildirib.

Bu günlərdə Almaniyada keçirilmiş rəy sorğusunda almanların ABŞ-a inanmadıqları da məlum olub. Rəy sorğusunun nəticələrinə əsasən, almanların 82%-i ABŞ-ın etibar olunası müttəfiq olduğuna inanmadığını bildirib. Respondentlərin sadəcə 14%-i ABŞ-ı Almaniyanın müttəfiqi hesab etdiklərini deyib. Almanların 58%-i rusları, 43%-i isə çinliləri müttəfiq hesab etməyiblər.


Müəllif: İlhamə Əbülfət