20 May 2018 19:17
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla gələn ay planlaşdırılan görüşünü heç kim ləğv etməyib.

Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, Tramp bu görüşü Cənubi Koreya Respublikasının prezidenti Mun Çje İnlə telefon danışığında müzakirə edib. ABŞ və Cənubi Koreya rəhbərləri bu məsələ ilə bağlı sıx koordinasiyanı davam etdirirlər.

Donald Trampla Kim Çen Inın görüşü iyunun 12-ə planlaşdırılır. Görüş Sinqapurda keçirilməlidir.


Müəllif: Mənbə/Report