20 May 2018 23:18
4 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin strateji bombardmançı təyyarələrini Cənubi Çin dənizinə yerləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hərbi təlimlərin məqsədi hava qüvvələrini döyüşə hazır vəziyyətə gətirməkdir. Qərbi Sakit Okean və Cənubi Çin dənizində həyata keçirilən təlimlərdə yüzlərlə qırıcı və eyni zamanda hərbi donanmanın döyüş gəmiləri iştirak edib.

Pentaqon təlimləri pisləyən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Çinin təlimləri bölgədə gərginliyin arıtılmasına xidmət edir.


Müəllif: Teleqraf.com