21 May 2018 00:25
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib.

Silahlılarla toqquşmalar ölkənin şimalındakı Cazuzcan vilayətində baş verib.

Əfqanıstan ordusunun rəsmi nümayəndəsi Məhəmməd Hanif Rezay "Sinxua" agentliyinə bildirib ki, silahlılar Karkin rayonunda nəzarət-buraxılış məntəqəsinə iri miqyaslı hücum ediblər. Güc orqanlarının əməkdaşları hücumun qarşısını alıblar və silahlıları qaçmağa məcbur ediblər. Döyüş zamanı 63 "taliban"çı öldürülüb, 27 silahlı yaralanıb.

Silahlı toqquşma zamanı həmçinin təhlükəsizlik orqanlarının 6 əməkdaşı həlak olub.


Müəllif: Mənbə/Report