13 Avqust 2014 09:23
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən əsrin 40-50-ci illərdə məşhurlaşan Amerika aktrisası Loren Bekkol öz evində vəfat edib.

Bu barədə aktrisanın ailəsi xəbər verib. Qohumlarının dediyinə görə, o geniş insult nəticəsində həyatını itirib.

Aktrisa keçən əsrin 40-50-ci illərində çəkildiyi filmlərlə məşhurluq qazanmışdı. Onun ən tanınmış rolları “Ki-Larqo”, “Milyonerə necə ərə getməli”, “Güzgünün iki üzü var” filmlərində olub. Bu zaman o Merilin Monro, Barbara Strezend və həyat yoldaşı Xamfri Boqart kimi aktyorlarla tərəf müqabili olub.

Karyerası ərzində aktrisa bir çox teatr və kino sahəsində mükafatlara layiq görülüb. Bunlardan ABŞ kinoaktyorlar gildiyası, “Toni”, “Qızıl Qlobus” mükafatlarının adlarını çəkmək olar. 2009-cu ildə isə o kinomatoqrafiyada əvəzsiz nailiyyətlərinə görə “Oskar” mükafatına layiq görülmüşdür./anspress/


Müəllif: